Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək - Diqqət!

Tarix:20-08-2020, 12:06
Baxış Sayı:38

 Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək - Diqqət!

Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək
"Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə diğər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir".

"Report" xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlaması ilə əlaqədar dindarlara ünvanladığı müraciətdə qeyd olunub.

Bildirilib ki, Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər: "Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcəkdir. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar".

"İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə həm özümüz, həm də yaxınlarımızın sağlamlığı ilə bağlı böyük məsuliyyət və dövlətimizin bu istiqamətdə tədbirlərinin səmərəliliyinin təmini baxımından ictimai vəzifə düşür. QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir dindarın borcudur. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul, mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir. Bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək insanın özünü təhlükəyə atması deməkdir. Deməli, belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Yoluxucu xəstəlik olan vəba haqqında Hz. Peyğəmbər belə buyurmuşdur: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın". Yoluxucu xəstəliklərin geniş yayıldığı şəraitdə yaşayan insanlar bu mövzuda ayıq olmalı, heç bir vəchlə öz həyatını təhlükəyə atmamalıdır. Çünki, həm gündəlik həyatımızdan, həm də tarixdən məlum olduğu kimi yoluxucu xəstəliklər məhz insanların etinasızlığı ucbatından sürətlə yayılmış və bəşəriyyətin bəlasına çevrilmişdir. Heç bir müsəlmanın özünü təhlükəyə atmağa ixtiyarı yoxdur. Çünki bizi yaradan Allah bu canı bizə əmanət olaraq vermişdir və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə bu əmanəti qoruyaq və özümüzü təhlükəyə məruz qoymayaq. Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195)", məlumatda bildirilib.

Daha çox göstər
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Ermənistan dövlət sərhədini pozaraq Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan dövlət sərhədini pozaraq  Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan yeni atəşkəs rejimini pozur
Ermənistan yeni atəşkəs rejimini pozur
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycan Rusiyaya nota verdi
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
Sabah 15 yaşı olacaqdı...
Sabah 15 yaşı olacaqdı...
Dünyanın yerinə danışan - Fotolar
Dünyanın yerinə danışan - Fotolar
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Türkiyədən Ermənistana SƏRT REAKSİYA: "Azərbaycan tək deyil"
Türkiyədən Ermənistana SƏRT REAKSİYA:
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı