Gəncə teatrı yeni mövsümünü acıb

Tarix:25-09-2020, 08:06
Baxış Sayı:67

Gəncə teatrı yeni mövsümünü acıb

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi 126-cı teatr mövsümünü acıq elan edib. Yaradıcı kollektiv yeni mövsümə Respublikanın əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangülün “Xərabət gözəli” adlı bioqrafik faciəvi eşq ayini üslubunda yazılan yeni pyesi ilə start verib. Bu barədə məlumatı teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev verib. Onun sözlərinə görə “Xərabət gözəli” pyesi XII əsrdə yaşayıb yaradan, mənşəcə Azərbaycan türklərindən sayılan şairə, sufi Əxi təriqətinin üzvü kimi tanınan Məhsəti Gəncəvinin həyat və fəaliyyətinə həsr olunub.
Anar Burcəliyev bildirib ki; “Pyesdə cərəyan edən hadisələr XII əsrdə Gəncədə sufi Əxi təriqətinin yaranması və təbliği ilə bağlı hadisələr fonunda baş verir. Həmçinin müəllif tərəfindən bu dövrdə Məhsəti Gəncəvinin şəhər xurafatçıları tərəfindən bir çox təziqlərə məruz qalması, Gəncə Xətibinin ona qarşı amansız davranışı, Xətibin oğlu ilə olan eşq macərası pyesdə ön plana çəkilir”.
Tamaşada əsas obrazları xalq artisti Məmmədəli Balayev, gənc aktrisa Günay Cabbarova, Sevinc Hüseynova, Könül Kazımova, aktyorlar Ruslan Hüseynov, Mətləb Təhmazi, Samir Abbasov, Emil Salmanov, Vasif İsmayılov ifa edirlər. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı, teatrın baş rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Ziyad Abbasova aiddir.
Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq tamaşa teatrsevərlərə onlayın vasitəsilə teatrın ikinci səhnəsi hesab edilən “Zərrabi” Nizami Poeziya Teatrının səhnəsində açıq hava şəraitində Operativ Qərərgahın təlimat və tövsiyyələri nəzərə alınmaqla nümayış etdirilib.

Gəncə teatrı yeni mövsümünü acıb
Gəncə teatrı yeni mövsümünü acıb
Gəncə teatrı yeni mövsümünü acıb
Gəncə teatrı yeni mövsümünü acıb

Daha çox göstər
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Ermənistan dövlət sərhədini pozaraq Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan dövlət sərhədini pozaraq  Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan yeni atəşkəs rejimini pozur
Ermənistan yeni atəşkəs rejimini pozur
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycan Rusiyaya nota verdi
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
Sabah 15 yaşı olacaqdı...
Sabah 15 yaşı olacaqdı...
Dünyanın yerinə danışan - Fotolar
Dünyanın yerinə danışan - Fotolar
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Türkiyədən Ermənistana SƏRT REAKSİYA: "Azərbaycan tək deyil"
Türkiyədən Ermənistana SƏRT REAKSİYA:
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı