20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir? (FOTO)

Tarix:22-01-2021, 20:40
Baxış Sayı:37

20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir? (FOTO)

Gəncə Dövlət Universiteti bu gün "Sinam" MMC ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, 47 min 613 manat məbləğində olan müqaviləyə əsasən universitetin insan resursları, maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatı (SERP) qurulacaq.

Qeyd edək ki, şirkət dünən, yəni 21 yanvarda "Aqroservis” ASC ilə 99390.22 AZN məbləğində elektron avadanlıqların satınalınması müqaləsi imzalayıb.

Qaynarinfo-nun araşdırmaları zamanı məlum olub ki, "Sinam” MMC təkcə 13.03.2019 tarixindən indiyə kimi 85 satınalma müqaviləsi bağlayıb. 20 yaşlı şirkətlə ən böyük müqaviləni isə Azərbaycan Mərkəzi Bankı imzalayıb. AMB istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsinə görə bu İT şirkətinə 849,9 min manatlıq vəsait ödəyib.

"Sinam” sanki bazarda İT sahəsi üzrə bu dövlət qurumlarının ən çox etibar etdiyi MMC kimi görünür.

MMC ilə bağlı yayılan məlumatlara görə, Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa "Kür" markalı kompüterlərin istehsalçısıdır. "Sinam"ın mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırki rəhbəri Elçin Əliyevdir.

MMC-nin dövlət satınalmalarında "rəqibsiz” olması ilə bağlı şikayətlər də var. Məsələn, "Neuron Technologies” MMC-nin prezidenti İsmayıl Ələkbərov mediaya verdiyi açıqlamaların birində "Sinam”ı korrupsiyada ittiham etmişdi:

"Azərbaycanda SERP proqram təminatına illik texniki dəstək adı altında korrupsiya oyunları davam edir. Dövlət qurumları bu xidmətlər üçün satınalmalar həyata keçirir. Bu satınalmalarda ancaq "Sinam" şirkəti udur. Sual edirəm: bu şirkətdən başqa İT şirkəti yoxdurmu ölkədə?”

Sahibkar iddia etmişdi ki, SERP adlandırılan proqram təminatı (PT) dövlət sifarişi əsasında neçə illər bundan əvvəl "Sinam" şirkəti tərəfindən hazırlanıb və Maliyyə Nazirliyinə təhvil verilib: "Bu sistem keçib dövlətin balansına. Sistem Azərbaycan dövlətinin qeyri-maddi aktivi olduğundan, onun mənbə kodları da dövlətə təhvil verilməli idi. Lakin "Sinam" qanunsuz olaraq bu PT-nın kodlarını özündə saxlayır. PT Maliyyə Nazirliyinin data mərkəzində quraşdırılıb və büdcə və digər dövlət təşkilatlarının mühasibatlıqları üçün əlçatandır”.

"Neuron Technologies”in rəhbəri dəfələrlə dövlət və hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin dövlət satınalması adı altında korrupsiyanın qarşısının alınması üçün heç bir tədbir görülmədiyini bildirmişdi.

İsmayıl Ələkbərov öz şirkətinin nümunəsində də korrupsiya sövdələşməsinin detalarını açıqlamışdı: "Əslində büdcə təşkilatlarının keçirdiyi SERP kotirovkalarında ixtisas göstəriciləri uyğun gələn istənilən İT şirkəti iştirak edə bilər. Kotirovkada qalib olacağı təqdirdə, həmin büdcə təşkilatı müraciət edib Maliyyə Nazirliyindən mənbə kodlarını alıb, konfidensiallıq sazişi əsasında həmin qalib şirkətə ötürməlidir. Ancaq "Sinam" buna imkan vermir. Kodları qeyri-qanuni olaraq özündə saxlayıb. Rəhbərlik etdiyim "Neuron Technologies” şirkəti ötən illərdə bir neçə dəfə SERP kotirovkalarında qalib olsa da, dövlət təşkilatları kodları Maliyyə Nazirliyindən alıb bizə təqdim edə bilmədiyindən, həmin kotirovkalar ləğv olunurdu”.

Orxan Əhmədli

20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir? (FOTO)

Daha çox göstər
Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA
Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA
Direktor kollec kollektivini bezdirib... - GİLEY
Direktor kollec kollektivini bezdirib... - GİLEY
Karyerasını bitirən məşhur xanım idmançı indi bu cür FOTOLARından pul qazanır
Karyerasını bitirən məşhur xanım idmançı indi bu cür FOTOLARından pul qazanır
Abşeronda quldurluq – Sahibkara zülm edirlər
Abşeronda quldurluq – Sahibkara zülm edirlər
Ziya Bünyadovun qətlindən 24 il ötür - qatil hansı sirləri açmışdı?
Ziya Bünyadovun qətlindən 24 il ötür - qatil hansı sirləri açmışdı?
KİMLƏR ƏFV OLUNACAQ? - “Əqidəsindən, düşüncəsindən asılı olmayaraq...”
KİMLƏR ƏFV OLUNACAQ? - “Əqidəsindən, düşüncəsindən asılı olmayaraq...”
Paşinyan sui-qəsd nəticəsində yaralandı - VİDEO
Paşinyan sui-qəsd nəticəsində yaralandı - VİDEO
600 minə Türkanı satın alıb:Qərib Nadirov maşınını niyə yandırdığından danışır-VİDEO
600 minə Türkanı satın alıb:Qərib Nadirov maşınını niyə yandırdığından danışır-VİDEO
Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
Ekspert KTN-nin subsidiya siyasətini "göydən yerə" vurdu: "Fermerə od qiymətinə satılan gübrə, pestisid..." - KTN-də bir peşəkar kadr tanımıram"
Ekspert KTN-nin subsidiya siyasətini
Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – Həbs edilə bilər
Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – Həbs edilə bilər
FHN-in idarə rəisinin oğlunun xaricdə şirkətləri üzə çıxdı – SİYAHI
FHN-in idarə rəisinin oğlunun xaricdə şirkətləri üzə çıxdı – SİYAHI
Deputat belə DAĞIDIR - SƏNƏDLƏR
Deputat belə DAĞIDIR - SƏNƏDLƏR
74 saylı məktəbin direktoru Murad Zeynalov şagirdlərdən pul yığır - 8 Mart
74 saylı məktəbin direktoru Murad Zeynalov şagirdlərdən pul yığır - 8 Mart
İcra başçısının sərvəti və satdığı mülklər - FOTOLAR
İcra başçısının sərvəti və satdığı mülklər - FOTOLAR
“LC Waikiki Azərbaycan”-da saxta məhsullar BREND kimi satılır - İDDİA
“LC Waikiki Azərbaycan”-da saxta məhsullar BREND kimi satılır - İDDİA
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Yevlaxda Qazi məmurlardan şikayətçidir: “Prezidentin adından istifadə edib, məni aldatdılar!” – VİDEO
Yevlaxda Qazi məmurlardan şikayətçidir: “Prezidentin adından istifadə edib, məni aldatdılar!” – VİDEO
AĞSTAFADA ŞAIQ QURBANOV KABUSU: İH BAŞÇISI QOVULAN “FIRON”UN KADRLARINA VƏZIFƏLƏR PAYLAYIR — ŞOK DETALLAR…
AĞSTAFADA ŞAIQ QURBANOV KABUSU: İH BAŞÇISI QOVULAN “FIRON”UN KADRLARINA VƏZIFƏLƏR PAYLAYIR — ŞOK DETALLAR…