“Leyla Yunus üçün əsas pul qazanmaqdır” - yeni “məhbus siyahısı”na etirazlar...

Tarix:22-01-2021, 08:49
Baxış Sayı:21

“Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Təşkilatın məlumatına görə, siyahıya 146 nəfərin adı daxil edilib.

“Yeni Müsavat”ın xəbərinə görə, siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin sədri Elşən Həsənov tərəfindən tərtib edilib. Belə ki, ötən il avqustun əvvəllərində elan edilmiş əvvəlki siyahıda 192 nəfərin adı var idi.

Siyahıdan cəza müddəti başa çatan Azərbaycan İslam Partiyasının üç üzvü - Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov (AİP sədri Mövsüm Səmədovun əmisi oğlu) və partiya sədrinin müavini İnqilab Əhədlinin adı çıxarılıb. Siyahıda rüşvətə, reketçiliyə görə həbs edilənlərdən tutmuş koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunanlara qədər var. Bu isə rüsvayçılıqdır. L.Yunus yenə də riyakar, qərəzli əməllərindən geri qalmır. Prezident tərəfindən onlarla müxtəlif ittihamlarla həbs edilmiş tanınmışlar azadlığa buraxılıb. Ölkədə aparılan islahatlar, məhkəmə-hüquq sistemində edilən dəyişikliklər, pandemiya dövründə atılan humanizm addımları nəticəsində xeyli sayda məhbus azad olunub. Onların sırasında ayrı-ayrı partiyaların üzvləri, fəalları da var. Ancaq L.Yunus öz xaricdə otura - otura “siyasi məhbus siyahısı” tərtib edir. Hətta onların sırasında vətənə xəyanət maddələri ilə ittiham edilənlərdə var. Qeyd edək ki, “Tərtər işi” və Gəncə hadisələrinə görə həbs edilən 41 nəfər də siyahıda yer alıb. L.Yunus hansı əsasla bu siyahını tərtib edir?

İllərdən bəri “demokratiya, insan hüququ” desə də, demokratiyanın nə olduğunu hələ də anlamayan Leyla Yunus üçün Vətən məfhumu yoxdur. Onun hikkəsi, qisasçılıq hissləri aman vermir ki, ədalətli olsun. Ona görə ildə azı iki dəfə kimsə tapmayanda terrorçuları, vətənə xəyanətdə ittiham edilənləri siyahısına salaraq onların işində siyasi motiv eşələyir. L.Yunus Azərbaycan cəmiyyətində o dərəcədə nüfuzdan düşüb, hörmətini itirib ki, hətta həmkarları, müxalifətdə olan bir çoxları belə onu qınayırlar, tənqid edirlər. Çünki L.Yunus üçün yalnız bir hədəf var - hansı yollar olursa-olsun, yalan-palan, böhtan, təki hakimiyyətə qarşı fəaliyyət göstərsin, dövlətin beynəlxalq aləmdə mövqeyinə zərbə vursun. Vətən müharibəsində qalib gəlmiş, torpaqlarını işğaldan azad etmiş, müxtəlif xarici təzyiqlərlə üzbəüz qalmış ölkənin hüquq müdafiəçisi özünü belə aparmamalıdır.

L.Yunus Gəncəyə, Bərdəyə terror edən ermənilərlə bağlı Avropa təşkilatlarına yazsın, qərəzli qətnamələr çıxaran Niderland, Belçika, Lüksemburq, Fransa parlamentlərinə etirazını bildirsin, amma bu həqiqətləri görməzdən gələn ahıl qadın hikkəsini boğa bilmir.

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkənin ən stajlı hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Leyla Yunus heç zaman nə Azərbaycanı, nə xalqı sevib: “Onu əvvəldən yaxşı tanıyırsınız. Hüquq müdafiəçiliyi onun üçün insanlara kömək yox, pul qazanmaq vasitəsidir. Onun bir amalı var ki, pul qazansın. İndi görünür, yenə pulları qurtarıb, təzə siyahı tutur. Yəqin həbsdə olan rüşvətxorlar ona pul verib, adlarını siyahıya saldırırlar. Bu, Leyla Yunusun köhnə xasiyyətidir. O, Bakıda olanda da köhnə siyahıları tərtib edirdi”.

N.Cəfəroğlu qeyd etdi ki, ölkədə siyasi məhbuslar var, amma azdır. Onun sözlərinə görə, fevralda Əfv Komissiyası toplaşır, bu problem birdəfəlik həllini tapacaq: “Biz siyahını da təqdim etmişik. Görüşlərimiz olub, Avropa Şurasının nümayəndələri ilə söhbət etmişik. Bu məsələ ölkədə həllini kökündən tapacaq və Leyla Yunus kimi adamlar bir də səsini qaldıra bilməyəcək”.

Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev dedi ki, belə adamlara heç diqqət yetirmək lazım deyil. Onun fikrincə, “Leyla Yunus üçün əsas pul qazanmaqdır” - yeni “məhbus siyahısı”na etirazlar...L.Yunusun Azərbaycana aidiyyəti yoxdur: “Bu ölkədə hörmətli hüquq müdafiəçiləri var, səmərəli fəaliyyət göstərirlər. Belə adamların bu vətənə, xalqa sevgisinin olması suallar doğurur. Bu gün vaxtından əvvəl azadetmə halları var, eləcə də həbsi ictimai müzakirə yaradan şəxslərin azad buraxılması davam etməkdədir. Sadəcə, bir sıra şəxslərin əlində ”siyasi məhbus" siyahısı biznes fəaliyyətindən başqa bir şey deyil. Bu, çirkli biznesdir, təmiz biztes sayıla bilməz".

Ə.Nuriyev hesab edir ki, əqidəsindən asılı olmayaraq kim müraciət edirsə, barəsində məlumat varsa dəstək verməyə çalışır: “Eyni zamanda Novella Cəfəroğlu, Səidə Qocamanlı həmişə maraqlanırlar. Bu gün Zaur Əkbər, Rəsul Cəfərov və başqaları var, yeni nəsil gəlməkdədir. Onlar bu və da digər şəxslər haqda məlumat verirlər. Amma ölkədən kənarda kimsə siyahı tutur, Azərbaycanı təhdid etməyə çalışır. Bunu o zaman edirlər ki, Vətən müharibəsində qələbə qazanmışıq. Sanki məqam gözləyirdilər. Yanvarın 20-də Bayden and içdi, bəziləri elə fikirləşir ki, fürsətdir, bu vəziyyətdən təzyiq kimi istifadə etmək laızmdır. Azərbaycan dövləti vətəndaşların hüquq və azadlıqlarını qorumağa borcludur, bu istiqamətdə addımlar atır. Amma kimlərsə insan haqları adı altında təsir etməyə çalışırsa, həbsdə olanlara da zərər vururlar, ölkədəki inkişafa da mane olmağa çalışırlar. Onların fikirləri ermənilərin bizə münasibəti ilə eynilik təşkil edir. Çünki Azərbaycanda hüquq müdafiəçiləri müharibə getdiyi zaman erməni terrorizminə susmadılar, obyektiv fikir söylədilər, bu adamın isə səsi çıxmadı. Azərbaycanı gərək sevəsən, onda tənqid də edirsən, yaxşıları da görürsən. Bu zaman səni rəğbətlə qarşılayırlar, fikirlərinə etibar edirlər. Burada isə qrant maraqları var, başqa heç nə yoxdur. Bundan Azərbaycana qarşı təzyiq kimi istifadə etmək, vəsaitlər qazanmaq olmaz”.

Daha çox göstər
Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA
Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA
Direktor kollec kollektivini bezdirib... - GİLEY
Direktor kollec kollektivini bezdirib... - GİLEY
Karyerasını bitirən məşhur xanım idmançı indi bu cür FOTOLARından pul qazanır
Karyerasını bitirən məşhur xanım idmançı indi bu cür FOTOLARından pul qazanır
Abşeronda quldurluq – Sahibkara zülm edirlər
Abşeronda quldurluq – Sahibkara zülm edirlər
Ziya Bünyadovun qətlindən 24 il ötür - qatil hansı sirləri açmışdı?
Ziya Bünyadovun qətlindən 24 il ötür - qatil hansı sirləri açmışdı?
KİMLƏR ƏFV OLUNACAQ? - “Əqidəsindən, düşüncəsindən asılı olmayaraq...”
KİMLƏR ƏFV OLUNACAQ? - “Əqidəsindən, düşüncəsindən asılı olmayaraq...”
Paşinyan sui-qəsd nəticəsində yaralandı - VİDEO
Paşinyan sui-qəsd nəticəsində yaralandı - VİDEO
600 minə Türkanı satın alıb:Qərib Nadirov maşınını niyə yandırdığından danışır-VİDEO
600 minə Türkanı satın alıb:Qərib Nadirov maşınını niyə yandırdığından danışır-VİDEO
Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
Ekspert KTN-nin subsidiya siyasətini "göydən yerə" vurdu: "Fermerə od qiymətinə satılan gübrə, pestisid..." - KTN-də bir peşəkar kadr tanımıram"
Ekspert KTN-nin subsidiya siyasətini
Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – Həbs edilə bilər
Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – Həbs edilə bilər
FHN-in idarə rəisinin oğlunun xaricdə şirkətləri üzə çıxdı – SİYAHI
FHN-in idarə rəisinin oğlunun xaricdə şirkətləri üzə çıxdı – SİYAHI
Deputat belə DAĞIDIR - SƏNƏDLƏR
Deputat belə DAĞIDIR - SƏNƏDLƏR
74 saylı məktəbin direktoru Murad Zeynalov şagirdlərdən pul yığır - 8 Mart
74 saylı məktəbin direktoru Murad Zeynalov şagirdlərdən pul yığır - 8 Mart
İcra başçısının sərvəti və satdığı mülklər - FOTOLAR
İcra başçısının sərvəti və satdığı mülklər - FOTOLAR
“LC Waikiki Azərbaycan”-da saxta məhsullar BREND kimi satılır - İDDİA
“LC Waikiki Azərbaycan”-da saxta məhsullar BREND kimi satılır - İDDİA
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Yevlaxda Qazi məmurlardan şikayətçidir: “Prezidentin adından istifadə edib, məni aldatdılar!” – VİDEO
Yevlaxda Qazi məmurlardan şikayətçidir: “Prezidentin adından istifadə edib, məni aldatdılar!” – VİDEO
AĞSTAFADA ŞAIQ QURBANOV KABUSU: İH BAŞÇISI QOVULAN “FIRON”UN KADRLARINA VƏZIFƏLƏR PAYLAYIR — ŞOK DETALLAR…
AĞSTAFADA ŞAIQ QURBANOV KABUSU: İH BAŞÇISI QOVULAN “FIRON”UN KADRLARINA VƏZIFƏLƏR PAYLAYIR — ŞOK DETALLAR…