Şəbnəm Tovuzlunun həcisi "tenderlər kralı" Ramazan Mirzəyevlə bağlı sirlər AÇILDI

Tarix:8-01-2021, 13:03
Baxış Sayı:31

Şəbnəm Tovuzlunun həcisi "tenderlər kralı" Ramazan Mirzəyevlə bağlı sirlər AÇILDI


Bakı Şəhər İcra Hakimiyyətində "tenderlər kralı" kimi tanınan Ramazan Mirzəyev maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu (Əsədova) ilə gizli kəbin kəsdirib, ailə qurması ortaya çıxıb.

Realxeber.org Day.Az istinadla xəbər verir ki, iddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan "Məmmədoğullar" MMC-nin sahibi Ramazan Mirzəyevdir.

Əslən Masallı rayonundan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində "tenderlər kralı" kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi nədənsə məhz Ramazan Mirzəyevin şirkətləri olub. Bu tenderlər barəsində yerli mediada onlarla yazılar dərc edilib. Hacıbala Abutalıbovla Hacının ortaqlığı, milyonlarla gəliri olan tenderləri birlikdə idarə etmələri barəsində yetərincə yazılar yazılıb.

Bu böyük tenderlərdə qalib olub, milyonlar qazanan Ramazan Mirzəyevlə yeni iddialar isə onun Şəbnəm Tovuzlu ilə olan münasibəti ilə bağlıdır. Belə ki, məlumata görə, Ramazan Mirzəyev Şəbnəm Tovuzlu ilə qeyri-rəsmi həyat yaşayır. Mirzəyev özü rəsmən boşanmış olsa da, Tovuzlu ilə rəsmi ailə həyatı qurmayıb.

Onları bir-birinə qanunla tanınmayan dini nikah bağlayır. Bu münasibətdən onların Əli adında övladları da var. Ramazan Mirzəyev Şəbnəmə yetərincə pul xərcləyir. O, Ş.Əsədovaya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Ramazan Mirzəyevin müğənni üçün 80 min manat dəyəri olan avtomobil aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.

Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və onunla dini kəbin kəsdirib. Məsələn, Ş.Tovuzlunun bu məsələ ilə bağlı verdiyi açıqlamalardan biri belədir:

"Sosial şəbəkədə yazırlar ki, "Şəbnəm xanım ailə dağıdır". Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insan da məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır.

Xatırladır ki, Ş.Tovuzlu açıqlamalarının birində normal qaydada ailə qurduğunu deyib: "Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə Həci Ramazanla kiçik qonaqlıq etmişik. Kəbinimiz var. Bunun da heç kəsə dəxli yoxdu. Mənə ev, maşn alan Ramazan müəllimə həyatım boyu minnətdaram".

Daha çox göstər
“Rusiya ilə əl sıxışandan sonra barmaqlarınızı sayın, əksik gələ bilər” – İQOR SEMİVOLOS
“Rusiya ilə əl sıxışandan sonra barmaqlarınızı sayın, əksik gələ bilər” – İQOR SEMİVOLOS
VAQİF HƏSƏNOVVUN 2 İLİ
VAQİF HƏSƏNOVVUN 2 İLİ
Icra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay-VİDEO
Icra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay-VİDEO
Anar Cəbrayıllı ona zəng edən jurnalisti təhqir etdi: “Ay sənin kişiliyinə tüpürüm..." - ŞOK SƏS YAZISI
Anar Cəbrayıllı ona zəng edən jurnalisti təhqir etdi: “Ay sənin kişiliyinə tüpürüm...
Ermənistanı DƏHŞƏTLİ GÜNLƏR gözləyir – Azərbaycan buna hazırlaşır
Ermənistanı DƏHŞƏTLİ GÜNLƏR gözləyir – Azərbaycan buna hazırlaşır
Şəhid Novruz Əsgərov
Şəhid Novruz Əsgərov
Azad Rəhimov komaya düşüb?
Azad Rəhimov komaya düşüb?
Adı olub, özü olmayan Həmkarlar İttifaqı - Burda da Əli Həsənovun hənirtisi var...
Adı olub, özü olmayan Həmkarlar İttifaqı - Burda da Əli Həsənovun hənirtisi var...
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir? (FOTO)
20 yaşlı “Tender Canavarı” rəqib tanımır - “Sinam”ı kim himayə edir? (FOTO)
“Leyla Yunus üçün əsas pul qazanmaqdır” - yeni “məhbus siyahısı”na etirazlar...
“Leyla Yunus üçün əsas pul qazanmaqdır” - yeni “məhbus siyahısı”na etirazlar...
Lobbi hərəkətə keçdi: Baydendən ilk tələb - "Əliyev və Ərdoğana qarşı sanksiya..."
Lobbi hərəkətə keçdi: Baydendən ilk tələb -
“TikTok” uşaqlar üçün qaydaları dəyişdirib
“TikTok” uşaqlar üçün qaydaları dəyişdirib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib - FOTO
Prezident İlham Əliyevin rəsmi
Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı
Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı
“Koronavirus zamanı öskürəyə qarşı tədbir görmək qəti qadağandır”
“Koronavirus zamanı öskürəyə qarşı tədbir görmək qəti qadağandır”
10 saylı ƏMHM-nin xidməti avtomobili Təhsil Nazirliyində nə gəzir? - 7 - Cİ YAZI
10 saylı ƏMHM-nin xidməti avtomobili Təhsil Nazirliyində nə gəzir? - 7 - Cİ YAZI
Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər
Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər
Nikolun yaşaması üçün bir şansı var-HƏBSXANA
Nikolun yaşaması üçün bir şansı var-HƏBSXANA