“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”

Tarix:17-10-2020, 15:17
Baxış Sayı:39

“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”


Almaniya mediası da Ermənistanla Azərbaycan arasında gedən savaşa xüsusi diqqət ayırır.

Musavat.com xəbər verir ki, Türkiyəyə qarşı qərəzli münasibətdə olan alman mediası Ermənistan rəsmilərinə istinadən bildirir ki, bu dəfə açıq və birmənalı şəkildə Türkiyə Azərbaycanın yanında yer alıb. Bu isə Azərbaycanın daha kəskin mövqedən çıxış etməsinə imkan verir. Xarici media yazır ki, xüsusən, İsrail və Türkiyədən alınan müxtəlif təyinatlı dronlar Azərbaycana səmada dominant mövqe qazandırıb. Ona görə də Ermənistan döyüş meydanında çıxılmaz vəziyyətə düşüb və cəbhədə böyük itkilər hesabına müqavimət göstərməyə çalışır.

Ermənistan tərəfinin canlı itkilərindən söhbət açan “Die Welt” jurnalı yazır ki, hər gün İrəvanda yerləşən hərbiçilərin qəbiristanlığına Dağlıq Qarabağdakı döyüşlərdə ölən gənc erməni əsgərlərinin tabutları gətirilir. Jurnal yazır ki, onların əksəriyyəti 19-20 yaşlı gənclərdir.

Qeyd edilir ki, Azərbaycanla müharibədə öldürülənlər üçün qəbiristanlıqda xüsusi torpaq sahəsi də ayrılıb.

Jurnal yazır: “Üzləşdiyi mənzərə insanda vahimə yaradır. Bir ana oğlunun qəbrinin qarşısında diz çökərək ağlayır və məzarın üstündə qalaqlanmış torpağa əlləri ilə yumşaq bir şəkildə sığal çəkir. Sanki gecə yarısı oğlunu öpdükdən onun yatağını sahmana salır. Ananın arxasında başqa bir qəbirin yanında dayanmış qırmızı rəngli paltarlı keşiş İncildən nə isə oxuyur. Ətrafda göz yaşı və üzlərindəki yas ifadəsi daşlaşmış insanlar sıralanıb. Aşağıdakı qəbirə bir tabut qoyulur. "Bu, mənim dostum Sergeydir",- Erik Mnoyan deyir. "O, əsgərlikdə idi və sonra müharibə başladı",-deyə davam edir. Keşiş son sözləri söyləyən kimi tabutun üzərinə torpaq atırlar..."

Almaniya nəşri bildirir ki, Yerablur qəbiristanlığının (İrəvanda yerləşir. 1988-ci ildən burada Qarabağda vuruşanlar basdırılır. Məşhur terrorçu Monte Melkonyan da orada dəfn olunub. E.H) yeni sahəsində dəfn olunmuş 150-dən çox əsgər var. Ailələr yas içindədir, ərazidə artıq yeni qəbirlər qazılır. Qəbiristanlıq rəhbərliyi daha çox ölümə hazırlaşır. Nəşr yazır ki, bundan sonra nə qədər adamın öləcəyi də bəlli deyil və sülh əvvəlkindən daha uzaqdır.

Elbəyi Həsənli, Sürix

https://www.welt.de/politik/ausland/article217985084/Bergkarabach-Konflikt-Fuer-Armenien-ist-die-Intervention-der-Tuerkei-ein-Albtraum.html

Daha çox göstər
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Ermənistan dövlət sərhədini pozaraq Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan dövlət sərhədini pozaraq  Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan yeni atəşkəs rejimini pozur
Ermənistan yeni atəşkəs rejimini pozur
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycan Rusiyaya nota verdi
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
Sabah 15 yaşı olacaqdı...
Sabah 15 yaşı olacaqdı...
Dünyanın yerinə danışan - Fotolar
Dünyanın yerinə danışan - Fotolar
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Türkiyədən Ermənistana SƏRT REAKSİYA: "Azərbaycan tək deyil"
Türkiyədən Ermənistana SƏRT REAKSİYA:
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı