Bakı meriyasında YEYİNTİ - Rafael Mehrəliyevin biznes imperiyası

Tarix:20-09-2020, 12:50
Baxış Sayı:187

Bakı meriyasında YEYİNTİ - Rafael Mehrəliyevin biznes imperiyası


Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevlə bağlı yeni sayıla biləcək məlumatlar yayılıb.
Ağdam.info. BŞİH-lə bağlı mövzular son günlər gündəm təşkil etdiyindən və yazıda əksini tapan məlumatların marağını nəzərə alıb həmin materialı qısa ixtisarla dərc edirik.

Yazıda bildirilir ki, Rafael Mehrəliyevin yeznəsi Eldar Şirinovun bir neçə tikinti şirkəti var. Hansı ki, həmin şirkətlər keçən ilədək Bakı şəhər İH-in tenderlərinin qalibləri olublar. Əsas tikinti tenderləri Suraxanı rayonunda həyata keçərək məktəb və uşaq bağçalarının layihələri olub. Sayt daha sonra yazır: “Bu il Rafael Mehrəliyevin göstərişi ilə Eldar Şirinova tender verilməyib. Çünki E.Şirinov Rafael Mehrəliyevin ailə biznesinin oyun qaydalarını pozub.

Hətta “Baksovet”dəkilərin dili ilə desək, Rafael Mehrəliyev yeznəsi E.Şirinovu cərimə meydançasına çəkib və bu metodla ona cəza növü seçib.
Bu il onun əvəzinə Suraxanı rayonunun tikinti tenderlərinin qalibləri Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevə yaxın olan şirkətlər olub.

Axı niyə E.Şirinov Rafael Mehrəliyev tərəfindən cərimə meydançasına çəkilsin?

Məlumata görə, Eldar Şirinov “yaxın adamına” Sabunçu qəsəbəsində villa tikdirdiyi üçün Rafael Mehrəliyevin qəzəbinə tuş qəlib. Məlumata görə, Rafael Mehrəliyev Bakı şəhər İH-in Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri vəzifəsinə keçəndə, E.Şirinov bir məclisdə deyib ki, Rafael Mehrəliyevin bu vəzifə üçün səriştəsi çox azdır. Hətta Eldar Şirinovun bu sözünə görə, Rafael Mehrəliyev yeznəsi ilə bir neçə müddət küsülü qalıb.

İndi də E.Şirinov öz “yaxın adamı” üçün tikdiyi villanı Rafael Mehrəliyev görəndən sonra qəzəbini saxlaya bilməyərək E.Şirinovu cəzalandırıb. Ancaq bu cəza növünə baxmayaraq, E.Şirinov Bakı şəhər İH-in tenderlərindən qazandığı milyonlara Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr, Çobanzadə küçəsində yerləşən “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib, restoranın adını dəyəşərək “Favorit” qoyub. “Favorit” restoranı E.Şirinovun yaxın dostu Samir adlı şəxs tərəfindən işlədilir.

Bu obyektdən başqa, Balaxanıda Rafael Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun “tol”, “emusya”, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir.

Əldə etdiyimiz məlumata görə, hətta E.Şirinovun Günəşli qəsəbəsində mebel fabriki də var. Bir sözlə, Bakı şəhər İH-in tenderləri üçün bu şəxslərin hər bir ləvazimatı hazırdır. Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin “Qış” qarajının müdiridir.

Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov həbs olunandan sonra ölkə mətbuatı Vidadi Zeynalovun Rafael Mehrəliyevin dayısı olduğundan çox yazıb.

Ancaq sayt bu şəxslərin qohumluq əlaqələrinə də aydınlıq gətirib. Belə ki, Rafael Mehrəliyevin qardaşı, Naftalan RPŞ-nin keçmiş rəisi Mübariz Mehrəliyev Vidadi Zeynalovun bacısı qızının həyat yoldaşıdır. Mübariz Mehrəliyevin qaynı Yaşar Bakı şəhər İH MKTD-nin 3 saylı xüsusi təyinatlı MKTB-nin rəisi vəzifəsində işləyib. Vidadi Zeynalovun həbsindən üç gün sonra Yaşar Rafael Mehrəliyevin əmri ilə işdən azad olunub. Vidadi Zeynlovun Vahid adlı qardaşı MTN-in Tədris Mərkəzinin rəis əvəzi vəzifəsində işləyib. Vahid Zeynalovun həyatda ən böyük arzusu MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsinə təsdiqlənərək general-mayor rütbəsi almaq olub. Ancaq onun da bu arzusu bəziləri kimi ürəyində qalıb.

Məlumatda bildirilir ki, Vahid Zeynalovun öz yaxın ətrafına dediyinə görə, onu yuxarıya çağırıb deyiblər ki, güya o Amerika yönümlü şəxs olduğu üçün rəis vəzifəsinə təsdiq ola bilməyəcək. Hətta Vidadi Zeynalovun həbsindən sonra Vahid Zeynalov MTN-dən xaric olunub.

Bu yazıda adları çəkilən hər bir şəxsin fikrini dərc etməyə hazırıq.
Araşdırmamız davam edir.

Daha çox göstər
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Ermənistan dövlət sərhədini pozaraq Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan dövlət sərhədini pozaraq  Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan yeni atəşkəs rejimini pozur
Ermənistan yeni atəşkəs rejimini pozur
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycan Rusiyaya nota verdi
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
Sabah 15 yaşı olacaqdı...
Sabah 15 yaşı olacaqdı...
Dünyanın yerinə danışan - Fotolar
Dünyanın yerinə danışan - Fotolar
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Türkiyədən Ermənistana SƏRT REAKSİYA: "Azərbaycan tək deyil"
Türkiyədən Ermənistana SƏRT REAKSİYA:
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı