«TÜRKİYƏNİN BAYRAĞI AĞDAMDA UCALDILA BİLƏR, ENDİRİLƏ BİLMƏZ!"

Tarix:21-09-2020, 12:06
Baxış Sayı:89

«TÜRKİYƏNİN BAYRAĞI AĞDAMDA UCALDILA BİLƏR, ENDİRİLƏ BİLMƏZ!"



Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov son vaxtlar rayonda Türkiyə dövləti bayrağının guya endirilməsi barədə təxribat xarakterli videopaylaşımlarla bağlı «Təzadlar»a açıqlama verdi…

Son günlər sosial şəbəkələrdə Tərtər və Ağdam rayonlarında guya rayon İH-ləri başçıları tərəfindən xüusi göstərişlə Türkiyə bayraqlarının endirilməsi barədə videopaylaşımlar yayımlanmaqdadır. «Təzadlar» birmənalı olaraq bəyan edir ki, Azərbaycanın nəinki hansısa kəndində, köçkün qəsəbəsində, həmçinin heç bir rayonunda rəhbərlik səviyyəsində kimsə belə bir göstərişdə buluna bilməz, bu barədə müzakirə açmaq belə yersizdir, absurddur. Özü də elə bir vaxtda ki, Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlığının indiyədək olmayan möhkəmliyinin canlı şahidiyik. Türkiyə Prezidenti sayın R.T.Ərdoğanın və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbəriyi altında yüksək səviyyəli nümayəndə heyətinin Türkiyəyə intensiv səfərləri və görüşləri, eləcə də bu yaxınlarda Türkiyənin müdafiə naziri və bütün növ qoşun növləri komandanlarının Bakıya rəsmi səfərləri, Tovuzda iyulun 12-də baş verən Ermənistan təxribatı ilə bağlı Türkiyənin Azərbaycana «Bizim bütün silahlarımız Azərbaycanın ixtiyarındadır!» kimi hərbi-siyasi çağırış və bəyanatının fonunda Türkiyə bayrağının endirilməsi hansı məntiqə sığır?
***
Bəs nə baş verir? Dünən Tərtər rayon İcra Hakimiyyətindən də guya rayonda Türkiyə bayrağının endirilməsi ilə bağlı sosial şəbəkələrdə yayımlanan video ilə bağlı «Təzadlar»a təkzib məktubu və geniş bəyanat göndərilmişdi və dərhal yayımladıq. Bu gün yenidən Tərtərdən "Təzadlar"a göndərilən daha bir məktubda isə deyilir: "16 sentyabr 2020-ci il tarixdə sosial şəbəkələrdə “Tərtər camaatı küçələrə axışdı” başlığı altında verilən çəkilişlə bağlı bildiririk ki, həmin ərazi Tərtər rayonunun deyil. Ağdam rayonunun məcburi köçkünlərin məskunlaşdığı “Dördyol” qəsəbəsidir. Həmin əraziyə toplaşan insanlar isə Ağdam rayonunun sakinləridir. Çəkilişi aparan Tərtər rayonun Səhlabad kənd sakini, özünü blogger adlandıran Ziya Mahmudov olduğu üçün əraziyə toplaşanlar Tərtər rayonunun sakinləri kimi təqdim olunur. Tərtər rayon icra hakimiyyəti tərəfindən Türk bayrağının endirilməsi ilə bağlı heç bir göstəriş verilməmişdir.
Tərtər rayon İcra Hakimiyyəti". Və bu bəyanat da saytımızda yayımlanıb.
Onu da təəssüflə xatırladırıq ki, məlum video bəzi saytlarda da yayımlanıb, mahiyyət və məqsəd aydınlaşdırılmadan, dövləti maraqlar nəzərə alınmadan. Bir nəfər vəzifəli şəxsdən acıq çıxmaq üçün dövlətimizin strateji hədəflərinə və maraqlarına necə kölgə salmaq olar???
Həmin videopaylaşımlarda həm də Ağdam RİH-nin adı çəkildiyindən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla əlaqə saxladım. Mənim üçün çox maraqlı idi ki…
V.Həsənovla eksklüziv açıqlamanı təqdim edirik:
-Vaqif müəllim, heç inanmaq mümkün deyil ki, Ağdam kimi bir rayonda Türkiyə bayrağının endirilməsindən danışaq. Amma bilirsiniz ki, sosial şəbəkələrdə müəllifləri özləri də bilmədən düşmən dəyirmanına su tökən belə bir paylaşımı ediblər. Məqsəd nədir, deyə bilmərik. Amma Sizin deyəcəkləriniz Azərbaycan üçün maraqlıdır…
- Məsələ ondadır ki, bu cür paylaşımları edənlər ilk növbədə bilməlidirlər ki, birincisi, Türkiyə dövlətinin təkcə Ağdamda apardığı işlər, görülən tədbirlər misilsizdir, Siz də belə tədbirlərin bir neçə dəfə şahidi və iştirakçısı olmusunuz… Bəzi detalları bilirsiniz ki, dövləti və hərbi maraqlarımızı diqqətə alaraq deyə bilmərik… İndi siz deyin: belə bir rayonda, düşmənlə təmas xətti 400-500 metr olan Ağdamda Türkiyənin bayrağı necə endirilə bilər? Gülünc və naşı, savadsız, məntiqsiz yanaşmadır… Qısa olaraq deyim ki, bu paylaşılan təxribat xarakterli videonun müəllifi Tərtərdən deputatlığa namizəd olmuş Ziya Mahmudov adlı şəxsdir. O, seçkinin nəticəsindən narazı qalıb və… Bu da bizə aid olan məsələ deyil… Lakin onun çəkdiyi və paylaşdığı video «Dördyol-1» köçkün qəsəbəmizdə çəkilib. Diqqətə çatdırım ki, həmin qəsəbənin əks tərəfi, yəni endirildiyi deyilən bayrağın olduğu yer ərazicə Tərtər rayonuna aiddir, amma sakinlər Ağdamındır. Həmin bayrağı asanlar, əvvəlla, qapısından, evindən asa bilər və dövlət bayrağı haqqında qanun var, bayrağa milli hörmət var. Bu ərazidə isə bayrağı maşın təmiri sexinin yanındakı yüksək gərginlikli işıq dirəyindən asmışdılar. Bu barədə mənə məlumat verəndə dəhşətə gəldim. Asanın bəxti gətirmişdi ki, yüksək gərginlikli elektrik dirəyinə dırmaşanda onu tok vurub öldürməmişdir. Kimsə həmin dirəyə dırmaşanda elektrik cərəyanı onu öldürsəydi, onda kim məsuliyyət daşıyacaqdı? İkincisi, harada görünüb ki, dövlətin bayrağı «stolba»ya asılır?
-Doğrudan ağlasığmazdır, bayrağa hörmətsizlikdir…

«TÜRKİYƏNİN BAYRAĞI AĞDAMDA UCALDILA BİLƏR, ENDİRİLƏ BİLMƏZ!"

-Bəli, mən də hadisə yerinə gəldim, Türkiyə kimi qüdrətli bir dövlətin bayrağının belə yerdən asılmasına necə rəva gördüklərini onlara izah etdim. Başa saldım ki, əzizlərim, bayrağa hörmət və sevginizi yüksək qiymətləndirirəm, amma sabah yüksək səviyyəli Türkiyəli qonaqlar, xarici jurnalistlər (az qala gər gün belə qonaqları qarşılayırıq) görsə ki, «Bir millət-iki dövlət!» sevgisi ilə əzizlədiyimiz Türkiyənin bayrağı hansısa sınıq-salxaq «profilaktoriya»nın üstündə, elektrik dirəyindən asılıb, bizə nə deyərlər? Gəlin sizə qəsəbənin mərkəzi yerində, ermənilərin görə bilmədiyi, koordinat seçmədiyi yerdə torpaq sahəsi ayırım, səliqəli bayraq dirəkləri verim, orada həm Azərbaycan, həm də Türkiyənin bayrağını asın, ətrafına da gül-çiçək əkək. Olsun, bayrağa və dövlətə sonsuz sayğı! Və bu adamlara başa salıram ki, düşmən açıq havada bizi izləyir, bayrağın təmas xəttində görünməyi, təsəvvür edin, onlara koordinat vermək kimi bir şeydir… Bu isə yolverilməzdir. Hətta endirildiyi deyilən bayrağın yanında bir obyektin üzərində də bir nəfər Türkiyənin bayrağını asmışdı, bilirəm, istəkdən asıb, amma bayraq hər şeydən yüksəkdədir, hörmətə layiqdir. Toz-torpağın bulaşdırdığı əraziyə də bayraq asıb onu çirkləndirmək olar? Odur ki, qeyd olunan ərazidəki bayrağın götürülüb adımıza və türk bayrağına layiq səviyyədə meydan düzəldib bayraq dirəyi ilə asılmasını tapşırmışıq. Məsələn, «Dördyol-2»də də oxşar hala yol vermişdilər, izah etdik, başa düşdülər, bir kəlmə söz də olmadı, ola da bilməzdi. Amma təkrar edirəm, Tərtər sakininin Ağdam ərazisinə aid qəsəbədə mahiyyətinə varmadan belə videopaylaşımı etməsi, onu «Türkiyənin bayrağı endirildi!» təxribatçı tonda təqdim etməsi doğru yanaşma deyil, yolverilməzdir! Təsəvvür edin, bunu izləyən vəziyyətdən xəbərsiz türk qardaşlarımız nə düşünər, buna sevinən tarixi, əzəli düşmənimiz ermənilər bəs nə fikirləşər? Təsəvvür edin, biri gəldi həmin yerdə başqa bir dövlətin bayrağını asdı, deməli, həmin adamı başa salıb bu bayraqları götüzdürəndə də belə hay-küy salacaqlar ki, filan dövlətin bayrağı endirildi? Bu nə niyyətdir, nə təxribatdır? Sağ olun ki, belə incə və həssas mövzuya dərhal reaksiya verdiniz. Sonda: indiki halda bayrağın harada asılması deyil, necə asılması, ona necə sevgi bəslənilməsi vacibdir, önəmlidir. Türkiyə sevgisi hər birimizin ürəyindədir, qanındadır! Bunu hamı bilsin…

Asif Mərzili

Daha çox göstər
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video
Ermənistan dövlət sərhədini pozaraq Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan dövlət sərhədini pozaraq  Gədəbəy və Tovuzu atəşə tutub
Ermənistan yeni atəşkəs rejimini pozur
Ermənistan yeni atəşkəs rejimini pozur
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
Paşinyan atəşkəs xahiş edir və İlham Əliyevin şərtləri ilə danışıqlara hazırdır
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Mərkəz şəhəri azad edilən Füzulidə qələbə coşqusu - Videoreportaj
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycan Rusiyaya nota verdi
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
Sabah 15 yaşı olacaqdı...
Sabah 15 yaşı olacaqdı...
Dünyanın yerinə danışan - Fotolar
Dünyanın yerinə danışan - Fotolar
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Erməni təxribatı nəticəsində yaralanan vətəndaşlarımızın adları - RƏSMİ
Türkiyədən Ermənistana SƏRT REAKSİYA: "Azərbaycan tək deyil"
Türkiyədən Ermənistana SƏRT REAKSİYA:
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Elnarə həyat yoldaşına mahnı həsr etdi
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı